Timur Vaynşteyn

Prodüser

Doğum tarixi:

01 mart 1974


Timur Leonidoviç Vaynşteyn Bakıda anadan olub.

Azərbaycan Tibb Universitetinin Həkim-psixiatr ixtisasında təhsil alıb (1996). 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda Televiziya rejissorluğu ixtisasına qəbul olunub.

1991-ci ildən “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəri olub. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Rusiyada “VİD” teleşirkətində müxbir, redaktor, rejissor, daha sonra “Tema”, “Dobriy Veçer s Yuliyem Qusmanom” verilişlərinin rəhbəri, “Ças pik”, “İşu tebya” və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə “VİD” teleşirkətinin ən yaxşı redaktoru seçilib. 2000-ci ildə “Planeta KVN” proqramının və “KVN. 40 let shutya” serialının rejissorudur. 2000-ci ildən Rusiya Milli Kinematoqrafiya mükafatı “Nika”nın, 2003-cü ildən isə həm də “Slava” Rusiya Milli İdman mükafatının təqdimat mərasiminin prodüser və rejissorudur. “Lean M” Prodüser Mərkəzinin təsisçilərindən biri və baş prodüseridir (2000-2009), “Weit-media” Prodüser Şirkətinin təsisçisi və baş prodüseri (2009-2015) olub. “STS-Media“ şirkətinin direktorlar şurasının üzvü olub (2013-2016). 2015-ci ildən Rusiyanın NTV teleşirkətinin baş prodüseri, baş direktorunun müavinidir. 20-dən çox film və seriala prodüserlik edib.

Prodüser Timur Vaynşteyn bəstəkar Leonid Vaynşteynin oğludur.