Telli Pənahqızı
Telli Pənahqızı (Telli Əliyeva Pənah qızı) Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb (1971-1976).
Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında başlayıb. 1980-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində çalışmağa başlayıb, müxbir (1980-1981), Gənclik redaksiyasında kiçik redaktor (1981-1982), İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor (1982-1992), İnformasiya studiyasının “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini (1992-1993), İnformasiya xidməti rəhbəri (1993–1995), İkinci Proqram üzrə direktor (1995–1997), İkinci Proqram üzrə Baş proqram direktorunun müavini (1997–2005), Televiziya Proqramları direktorunun müavini (2005), Azərbaycan Dövlət Musiqili Teatrın Ədəbi dram hissə müdiri, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru vəzifələrində işləyib.
2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin olunub.
Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunub, kitabları nəşr olunub.
“Qızıl qələm”, “H.B.Zərdabi”, “Araz”, “Natəvan”, “Ali media” mükafatlarına layiq görülüb. “Tərəqqi” medalı (2008) və “2-ci dərəcəli Vətənə xidmətə görə ordeni” (2024) ilə təltif olunb.
Əməkdar mədəniyyət işçisidir (2006).