Tamara Gözəlova

Aktrisa

Doğum tarixi:

14 fevral 1940

Vəfat tarixi:

08 may 2020


Tamara Cəfər qızı Gözəlova (Tamara Gözəlova-Ağamirova) Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Kitabxanaçılıq şöbəsində təhsil alıb (1965).

Bakı Televiziya Studiyasında işləyib (1956-1959). Azərbaycan televiziyasının ilk xanım diktoru olub.

Uzun müddət Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb (1965-2011).

Tamara Gözəlova 2020-ci ildə vəfat edib, Əhmədli qəbiristanlığında dəfn olunub.