Tahir Tahiroviç

Rejissor Prodüser Ssenari müəllifi Aktyor Rejissor köməkçisi İnzibatçı İkinci rejissor Xətt prodüseri Bədii rəhbər Yaradıcı heyətin üzvü Məsləhətçi Kreativ prodüser İcraçı prodüser Koordinator Art direktor

Doğum tarixi:

28 aprel 1975


Tahir Tahiroviç (Tahir Əliyev Cabbar oğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində (1993-1998, Cəmil Quliyevin emalatxanası), Türkiyənin İstanbul Beykent Universitetində sinema üzrə magistratura (2012-2014), Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnsitutunun Teatr, kino və televiziya şöbəsində sənətşünaslıq üzrə doktorantura təhsili alıb.

“Azərbaycanfilim”də rejissor assistenti (1995-2000), Azərbaycan televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kinorejissor (2003-2007), Azərbaycan televiziyasının Xüsusi lahiyələr departamentində rejissor (2007-2008), Salnamə sənədli filmlər studiyasında kinorejissor (2008-2015), ARB Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri (2015-2020) olaraq çalışıb.

“Nova Gorica” Kino Mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvüdür.

Bir çox yerli və xarici film festivallarının mükafatlarına layiq görülüb. Respublika “Gənclər mükafatı” (2005), Ərzurum Atatürk Universitetinin xüsusi diplomu (2009, Ərzurum), Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatı (2010, Novo-Qoriça), Kars Kafkas Universitetinin diplomu (2012, Kars), Azərbaycan Alman dostluq cəmiyyətinin xüsusi diplomu (2012, Bakı), Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı (2014, Bakı), Rusiya Federasiyasının prezidenti V.Putinin “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə” mükafatı və xatirə medalı (2015, Moskva), “İlin ən yaşxı televiziya filmi” nominasiyasında “Qızıl pəri” kino mükafatı (2015), Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə xatirə medalı (2016, Varşava) ilə təltif olunub.

“Bir zamanlar çuxurda” (2024) adlı kitabın müəllifidir.