Tahir Tahirov
Rəssam
Geyim rəssamı
Aktyor
Doğum tarixi:
30 may 1948
Vəfat tarixi:
12 sentyabr 2019
Tahir Rəşid oğlu Tahirov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb (1973).
Müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında tamaşaların bədii həllini verib. Dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olub. Bir müddət Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rəssam vəzifəsində çalışıb.
Əməkdar rəssam (2002), Xalq rəssamı (2013) Tahir Tahirov 2019-cu ildə vəfat edib.