Sona Hacıyeva
Aktrisa
Doğum tarixi:
25 iyun 1907
Vəfat tarixi:
24 dekabr 1979
Sona Salman qızı Hacıyeva Nuxada (Şəki) anadan olub. 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Səhnə fəaliyyətinə 1921-ci ildə Bakı Azad Tənqid Təbliğ Teatrında başlayıb. 13 yaşında “Axşam səbri xeyir olar” (Sultan Məcid Qənizadə) tamaşasındakı Çimnaz rolu ilə debüt edib. 1927-ci ilədək opera və musiqili komediyalarda da rol oynayıb. Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında işləyib (1923-1970).
Əməkdar artist (1933), Xalq artisti (1949) Sona Hacıyeva 1979-cu ildə vəfat edib.
Aktrisa Sona Hacıyeva aktrisa Əzizə Məmmədovanın qızıdır.