Şahirə Tacəddin
Doğum tarixi:
26 mart 1963
Şahirə Mansur qızı Tacəddin (Şahirə Kərimova) Zaqatalada anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1981-1986).
Məzun olduqdan sonra Binəqədi rayon Mədəniyyət Evində “Xalq teatrı”nın rəhbəri olub. “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi çalışıb. 1989-1999). 1999-cu ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə heyətinin üzvü seçilib. Gildiyanın icraçı direktoru və mətbuat katibi olub. 2014-cü ildən Gildiyanın direktoru vəzifəsində çalışır. “Film” Prodüser Mərkəzinin direktoru olub (2007). “Azərbaycan Film Commission” (2005), “Muğamın ekranlaşdırılması” (2006), “Мüəllif hüquqların monitorinqi”(2009), “Beynəlxalq Audiovizual Festival” (2001-2008), “Səssiz filmlərimizə yeni nəfəs” (2011) layihələrinin icraçı produseri, “Həvəskar Film Festivalı” (2005-2007) layihəsinin müəllifi və rəhbəri olub.
Rejissor Şahirə Tacəddin aktrisa Dəniz Tacəddinin anasıdır.