Şəbnəm Hüseynova

Aktrisa

Doğum tarixi:

01 fevral 1981


Şəbnəm Həsən qızı Hüseynova Ağdamda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində bakalavr (1998-2002) və magistratura (2023-2025) təhsili alıb.

Bakı Kamera Teatrında çalışıb (1999-2009). “Lider” televiziyasında “Biz” mədəniyyət xəbərləri verilişinin aparıcısı olub (2000-2001).

2009-cu ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

Aktrisa Şəbnəm Hüseynova aktyor Şövqi Hüseynovun həyat yoldaşıdır.