Samir Kərimoğlu
Rejissor
Montajçı
Montaj rejissoru
Ssenari müəllifi
Aktyor
Musiqi tərtibatçısı
Doğum tarixi:
26 fevral 1974
Samir Kərimoğlu (Samir Kərimov Ağakərim oğlu) Bakıda anadan olub.
Futurologiya İnstitutunun Menecment fakültəsində təhsil alıb (1990-1993).
1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb, turizm sektorunda 6 il çalışdıqdan sonra 1999-cu ildə Azərbaycana qayıdıb. MTM prodakşnda video montajçı kimi fəaliyyətə başlayıb (2000). Rejissorluq fəalliyyətinə 2002-ci ildə çəkdiyi kliplə başlayıb. Beynəlxalq Audiovizual Festivalda “Music Lee” qrupuna çəkdiyi kliplə - “Ən yaxşi klip” nominasiyasında mükafat qazanıb (2003). 2007-ci ildən rejissor kimi kino sahəsində fəaliyyət göstərir. “Zirvə” mükafatına layiq görülüb (2010).