Səkinə İsmayılova
Musiqi ifaçısı
Aktrisa
Doğum tarixi:
24 fevral 1956
Səkinə Qulu qızı İsmayılova Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfində (1974), Azərbaycan Dövlət İncəsənət Universitetində (1990) təhsil alıb.
1980-ci ildən Opera və Balet Teatrına dəvət olunub. Leyli, Əsli, Şahsənəm, Gülbahar obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Repertuarında muğam (Segah, Qatar, Simayi-şəms və s.), təsnif və xalq mahnıları geniş yer tutur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir.
Əməkdar artist (1988), Xalq artisti (1992), “Şöhrət” ordenli (2016) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.