Rübabə Muradova
Doğum tarixi:
22 mart 1933
Vəfat tarixi:
28 avqust 1983
Rübabə Xəlil qızı Muradova (Rübabə İşraqi) İranın Ərdəbil şəhərində anadan olub. 1943-cü ildə ailəsi Əli Bayramlı (indiki Şirvan) şəhərinə köçüb.
17 yaşından yerli teatrda müxtəlif rollarda çıxış edib. Sabirabad Dram Teatrında təhsil alıb. 1950-ci ildə qastrolda olan Ələsgər Ələkbərov onun istedadını görüb Bakıya dəvət edib. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb (1955, Seyid Şuşinskinin sinfi). Təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni olub. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” оperalarında baş rоlları ifa edib. Muğam, təsnif və хalq mahnılarının mahir ifaçısı kimi tanınıb.
Əməkdar artist (1956), Xalq artisti (1971) Rübabə Muradova 1983-cü ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.