Rəsul Rza

Əsərindən istifadə olunub Mahnı mətni müəllifi Ssenari müəllifi

Doğum tarixi:

19 may 1910

Vəfat tarixi:

01 aprel 1981


Rəsul İbrahim oğlu Rza (Rəsul Rzayev) Göyçayda anadan olub.

Zaqafqaziya Kommunist Universitetində (1927-1937), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1934-1937) təhsil alıb.

Müharibə illərində hərbi müхbir işləyib. Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Bakı kinostudiyasının direktoru (1942-1944), Kinematoqrafiya İdarəsinin rəisi (1944-1946), Azərbaycan Kinematoqrafiya Naziri (1946-1949), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-1975), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-1981), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964-cü ildən) olub.

“Bu gün” adlı ilk şeiri 1927-ci ildə Tiflisdə “Qığılcım” almanaхında dərc оlunub. 1960-cı illərdə yaradıcılığının mövzu dairəsi genişlənib, pоeziyasında intellektual mənbə, analitik bədii idrak, hadisələrə fəlsəfi yanaşma meylləri güclənib. Azərbaycan dilinə tərcümə ilə məşğul olub. Sovet filmlərinin mətnlərini dublyaj üçün Azərbaycan dilinə tərcümə edib.

Dövlət mükafatı laureatı (1951), Əməkdar incəsənət xadimi (1943), Xalq şairi (1960), Sosialist Əməyi Qəhrəmanı (1980) Rəsul Rza 1981-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Şair Rəsul Rza yazıçı Anar Rzayevin atasıdır.
Şair Rəsul Rza şair Nigar Rəfibəylinin həyat yoldaşı olub.