Ramiz Məlik-Aslanov

Dirijor

Doğum tarixi:

14 mart 1942


Ramiz Lütfəli oğlu Məlik-Aslanov Bakıda anadan olub.

Bülbül adına Xüsusi Musiqi Məktəbində (1959), Bakı Konservatoriyasının Violonçel sinfində, Leninqrad Konservatoriyasının Dirijorluq sinfinin aspiranturasında (1971) təhsil alıb.

Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb. 1971-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsinin simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub. Bir müddət Qahirə konservatoriyasının orkestrində işləyib (1977–1979). Vətənə qayıtdıqdan sonra Qara Qarayev adına Dövlət Kamera Orkestrinin rəhbəri və dirijoru olub. Moskva, Sankt-Peterburq və London Kral Simfonik Orkestrlərinə dirijorluq etmək şərəfinə layiq görülüb. İstanbul Konservatoriyasının dirijorudur.

Professor (1993), Beynəlxalq müsabiqələrin laureatı, Əməkdar incəsənət xadimi, Xalq artistidir (1991).