Rəhilə Cabbarova
Doğum tarixi:
24 noyabr 1922
Vəfat tarixi:
02 dekabr 2002
Rəhilə Muxtar qızı Cabbarova Tiflisdə anadan olub.
Tiflisdə 1 saylı musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində (1949–1954) təhsil alıb.
Müharibə illərində (1941–1945-ci illər) Tiflis şəhərindəki hərbi hospitalda işləyib. Tiflis Xalq Yaradıcılığı evində təlimatçı olub (1945–1947). Gürcüstan Dövlət Mahnı və Rəqs ansamblına solist götürülüb. 1947-ci ildə ailəsi ilə Bakıya köçüb.
Üçüncü kurs tələbəsi olarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülüb. İlk dəfə səhnəyə "Koroğlu" operasında (Üzeyir Hacıbəyov) xanəndə qız rolunda çıxıb. Messo-soprano səsli opera müğənnisi olub. Radio və televiziya verilişlərində də tez-tez iştirak edib.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun vokal kafedrasının müdiri vəzifəsində çalışıb (1971–1997).
Əməkdar artist (1958) Rəhilə Cabbarova 2002-ci ildə vəfat edib.