Rafiq Quliyev

Rejissor Operator Layihə rəhbəri Ssenari müəllifi Montaj rejissoru Musiqi tərtibatçısı Musiqi redaktoru Bədii rəhbər Prodüser İkinci operator Operator assistenti

Doğum tarixi:

27 fevral 1957


Rafiq Səfər oğlu Quliyev Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin kütləvi tamaşalar rejissoru ixtisasında (1976-1981), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatoluq fakültəsində  (1982-1987, V.Monaxov və V.Naxabtsevin emalatxanası) təhsil alıb.

Rusiyada operator kimi bir neçə filmin çəkilişində iştirak edib: “Satqın” (1983), “İlk rol” (1984), “Bomba” (1985), “Nərgiz gülləri” (1986), “Gənc Mixailin görüntüsü” (1987, rejissor Mixail Kosırev), “Rusiya” (1987, rejissor Murad İbrahimbəyov), “Cığır” (1995, rejissor Mixail Kosırev-Nesterov).

1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında operator assistenti, ikinci operator, operator, rejissor vəzifələrində çalışıb. Kinostudiyada yaradıcı fəaliyyətini davam etdirmək şərtilə Türkiyənin Samanyolu TV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb (1999-2001). Lider televiziyasında “Azərbaycan” redaksiyasını yaradıb. Rəhbərlik etdiyi qurumda 237 filmin istehsalını təşkil edib. Beynəlxalq festivalların müsabiqə proqramlarında iştirak edib, mükafat alıb, münsiflər heyətinin üzvü və sədri olub. 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində rejissor, operator və ssenari müəllifi kimi çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. “Azərbaycan səssiz kinosunun təsvir irsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2008), dosent (2005), professordur (2016). Kino-televiziya sənətləri kafedrasının müdiri olub (2015-2023). Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir.

Əməkdar incəsənət xadimidir (2005). “Şöhrət” ordeni ilə təltif olunub (2018).

Operator Rafiq Quliyev operator Ceyhun Quliyevin atasıdır.