Ofeliya Məmmədzadə

Aktrisa

Doğum tarixi:

04 avqust 1939

Vəfat tarixi:

11 iyul 2007


Ofeliya Kamal qızı Məmmədzadə (Ofeliya Abbasova) Bakıda anadan olub.

Konservatoriyanın nəzdindəki 10 illik məktəbdə, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində (1977) təhsil alıb.

Azərbaycan Dövlət Dram Teatrında (1977-1978), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1965-1977, 1978-1999, 2005-2007) aktrisa kimi fəaliyyət göstərib.

Əməkdar artist (1987) Ofeliya Məmmədzadə 2007-ci ildə vəfat edib.

Aktrisa Ofeliya Məmmədzadə aktyor Gündüz Abbasovun və rəssam Nüsrət Fətullayevin həyat yoldaşı olub.