Nisə Qasımova
Doğum tarixi:
13 fevral 1954
Nisə Fətulla qızı Qasımova Bakıda anadan olub.
9 yaşında “Bənövşə” uşaq xorunun solisti olub. “Günəş adlı yaxın dostum var mənim” mahnısı müxtəlif konsert proqramlarında çıxış edən sarışın gülərüzlü qız üçün məxsusi olaraq yazılıb. 1971-ci ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunub. 1975-ci ildə Dövlət televiziyasının solisti kimi çalışmağa başlayıb. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin dəvəti ilə Moskvaya gedib. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1975-ci ildə “Leyli və Məcnun” operasının televiziya versiyasında Leylini ifa edib. 1980-ci ildə isə “S pesnyami po jizni” beynəlxalq müsabiqəsində birincilik qazanıb. Müxtəlif televiziya verilişlərinin aparıcısı olub. Müstəqil Azərbaycanda ilk şou proqramlarının təşkilatçılarından biridir.
“Özbəkfilm”in istehsalı olan “Alovlu yollarla” filmində çəkilib.
Əməkdar artist (1989), Xalq artistidir (2008).