Nazim Rzayev
Doğum tarixi:
14 fevral 1925
Vəfat tarixi:
02 may 2006
Nazim Əsədulla oğlu Rzayev Bakıda anadan olub.
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Skripka üzrə təhsil alıb (1951, Marina Kozolunovanın sinfi).
Azərbaycan Dövlət Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb (1958), daha sonra fəaliyyətini dirijor kimi davam etdirib (1958-1960). Moskvada Böyuk Teatrda təcrübə keçib (1961-1963). 1964-cü ildə yeni yaradılmış Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunub. 1978-ci ildə Qara Qarayev adına Dövlət Kamera Orkestrinə rəhbərlik etməyə başlayıb.
1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1992-ci ildən etibarən isə Türkiyənin müxtəlif kollektivlərində və təhsil ocaqlarında çalışıb.
SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, professor (1985), Əməkdar artist (1958), Xalq artisti (1977) Nazim Rzayev 2006-cı ildə Türkiyənin Əskişəhər şəhərində vəfat edib.