Natiq Qubadoğlu

Ssenari müəllifi Aktyor

Doğum tarixi:

20 may 1959


Natiq Qubadoğlu (Natiq Babayev Qubad oğlu) İsmayıllı rayonunun Minkə kəndində anadan olub, əslən Ucardandır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Azərbaycan televiziyasının İctimai-siyasi proqramlar redaksiyasında (1993-2005) və İctimai televiziyada redaktor kimi çalışıb.

“Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi, məkan xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2021-ci ildən AMEA-da Coğrafiya tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimidir. Kitabları və elmi məqalələri dərc olunub. “Qızıl qələm” mükafatı laureatıdır (2012).