Nadir Şəfiyev

Redaktor

Doğum tarixi:

22 fevral 1960


Nadir Yusif oğlu Şəfiyev Bakıda anadan olub.

Bakı Yerli Sənaye Texnikumunda (1985) və Bakı Sosial İdarəetmə və Politoloqiya İnstitutunda (1996) təhsil alıb.

1993-cü ildən Azərbaycan Dövlət Televiziyasında işləyib. Ştatdan-kənar müxbir vəzifəsindən başlayaraq, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. “Sara” müstəqil teleradio şirkətində xəbərlər departamentinin qurucusu və direktoru olub. İctimai radionun Xəbərlər və Analitik Proqramlar departamentinə rəhbərlik edib, İTV-nin Rusiya Federasiyasındakı müxbir məntəqəsinin müxbiri olub (2006-2007). Tovuzda yayımlanan Türkel TV-nin, daha sonra ARB 24 kanalının icraçı direktoru vəzifəsində çalışıb (2013-2018).