Nadir Hüseynov

Filmi səsləndirən Aktyor

Doğum tarixi:

25 aprel 1952

Vəfat tarixi:

17 dekabr 2025


Nadir Qəribağa oğlu Hüseynov Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1971-1976).

Bir müddət Lənkəran Dövlət Teatrında, 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris Teatrında aktyor işləyib. 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsində diplom alıb. Azərbaycan televiziyasında “Ozan” folklor toplusu verilişinin aparıcı olub. Əsasən bədii qiraətlə məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.

Əməkdar müəllim (2023), professor Nadir Hüseynov 2025-ci ildə vəfat edib.