Məsmə Aslanqızı

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

11 fevral 1978


Məsmə Aslanqızı (Məsmə Ağaverdiyeva Aslan qızı) Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub, bir il orada oxuyub. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1994).

Kurs rəhbəri Azər Paşa Nemət Akademik Milli Dram teatrında “Ah, Paris... Paris!..” (Elçin) satirik komediyasını tamaşaya hazırlayanda onu Nurbəniz roluna dəvət edib. 1996-cı ildə kollektivin aktyor truppasına aktrisa götürülüb. Telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı gənc aktrisası” nominasiyasına (1999), “Hamlet” tamaşasında Ofeliya roluna görə “Qızıl dərviş” mükafatına (2003), “Boy çiçəyi” tamaşasında Nargilə roluna görə “Humay” mükafatına layiq görülüb (2012).

Əməkdar artistdir (2007).