Xədicə Novruzlu
Aktrisa
Doğum tarixi:
23 iyun 1995
Xədicə Sahib qızı Novruzlu Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsində təhsil alıb (2013-2017).
5 yaşında ikən Akademik Milli Dram Teatrında “Mənim ərim dəlidir” (Elçin, rejissor Azərpaşa Nemətov) tamaşasında qonşu qız rolu ilə səhnəyə çıxıb. “Lider” televiziyasında “Dan ulduzu” yarışmasının aparıcısı olub (2002–2011). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc aktrisası” mükafatına (2012), “Gənclər üçün Prezident mükafatı”na (2015) layiq görülüb. 2016-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışır.