Kamalə Musazadə

Rejissor Ssenari müəllifi Operator Montajçı Yaradıcı heyətin üzvü Aktrisa Koordinator

Doğum tarixi:

21 yanvar 1970


Kamalə Mehralı qızı Musazadə (Kəmalə Günəşli / Kəmalə Musayeva / Kəmalə Musazadə / Kamalə Mehralı) Ağstafanın Kalininkənd (indiki Vurğun) qəsəbəsində anadan olub.

Ağstafa Dəmiryol Peşə Məktəbinin Kargüzarlıq kursunda, Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitunda Rus dili ixtisası üzrə (1989-1994), Konservatoriyanın Xalq bölməsində (İslam Rzayevin sinfi, 1994), İslam Rzayevin yanında Xalq Konservatoriyasında (1994 ), Modelyer-dizayner kursunda (2001), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq ixtisasında (2002-2006, Eldar Quliyevin kursu) təhsil alıb.

Səməd Vurğun adına üzümçülük sovxozunda üzümçü fəhlə (1987-1989), Qazax Dram Teatrında aparıcı, Azərbaycan Dövlət radiosunda arxiv əməkdaşı (1995) kimi çalışıb. Qazax rayonunda nəşr olunan “Qalibiyyət bayrağı” qəzeti, müxtəlif studiyalar, qəzet və jurnallarla, Azərbaycan televiziyası və İctimai televiziya ilə jurnalist, tərcüməçi və rejissor kimi əməkdaşılıq edib. “Light of Unity” – “Birlik nuru” adlı Beynəlxalq qrupda çıxış edərək bir neçə ölkədə olub (1998).  “Muğam” Studiyasının istehsalı olan “Muğam dəryasından damlalar” silsiləsinin redaktoru olub (1998).

2020-ci ildə Milli Kino Mərkəzi (MKM Production) və Milli Kino Mədəniyyətimizin İnkişafına Dəstək İctimai Birliyini təsis edib.