Cahangir Cahangirov

Bəstəkar Bəstəsindən istifadə olunub Musiqi tərtibatçısı

Doğum tarixi:

20 iyun 1921

Vəfat tarixi:

25 mart 1992


Cahangir Şirgəşt oğlu Cahangirov Bakının Balaxanı qəsəbəsində anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb.

1949-cu ildən başlayaraq Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edib. Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Yaradıcılığı çoxşaxəliyi ilə seçilir. Xor və instrumental musiqiləri, operaları, mahnıları var. “Füzuli” kantatası ona şöhrət gətirib.

Əməkdar incəsənət xadimi (1958), Xalq artisti (1963), SSRİ Dövlət mükafatı laureatı (1950) Cahangir Cahangirov 1992-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.