İsmayıl Ömərov

Layihə rəhbəri Ssenari müəllifi

Doğum tarixi:

20 fevral 1954


İsmayıl Abbas oğlu Ömərov Gürcüstanın Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində (1971-1976) və Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda Politologiya ixtisası üzrə təhsil alıb.

1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb, “İctimai-siyasi proqramlar” redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər yüksəlib. “Blokada”, “Əsrin faciəsi”, “Qanlı yanvar”, “Qarabağ düyünü” adlı ictimai-siyasi verilişlərin müəllifi və aparıcısı olub.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olub (2005-2013).

2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. 

“Qızıl qələm”, “Araz” mükafatları laureatı, Əməkdar incəsənət xadimidir (1998).