İradə Gözəlova
Ssenari müəllifi
Aktrisa
Doğum tarixi:
25 may 1982
İradə Vaqif qızı Gözəlova (İradə Sayya) Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorlu fakültəsində (2000-2005), A.Çexov adına Moskva Bədai Teatrının nəzdində Teatr rejissorluğu üzrə magistraturada (2009-2011) təhsil alıb.
Londonda “Royal Court” teatrında və Sankt-Peterburqda Rusiya Dövlət Akademik Dram Teatrında təcrübə keçib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa (2000-2007), Azərbaycan Dövlət “YUĞ” Teatrında rejissor (2007-2009), Gəncə Dövlət Dram Teatrında baş rejissor (2014-2021) işləyib. 2022-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissordur.