İntiqam Mehdizadə

Ssenari müəllifi

Doğum tarixi:

14 fevral 1945

Vəfat tarixi:

08 iyun 2022


İntiqam Alı oğlu Mehdizadə İsmayıllı şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

“Azərbaycan gəncləri” qəzetində ədəbi işçi kimi çalışıb (1970-1973). 1973-cü ildə Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəziəfsinə qəbul olunub, böyük redaktor, şöbə müdiri, baş redaktor (1973-2007) vəzifələrinə qədər yüksəlib. “Gənclik və idman” redaksiyasına rəhbərlik edib. Azərbaycan Radiosunda yayımlanan “Bulaq” verilişinin redaktoru olub. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat katibi və Nəşriyyat şöbəsinin müdiri (2007-2013) vəzifələrində çalışıb. Eyni zamanda universitetdə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib. Mətbuatda silsilə yazılarla çıxış edib. “Bulaq”, “Maraqlı qoca dağlar”, “Karvanın sarvanı”, “Təsəlli” və “Hərənin öz dünyası” kitabları işıq üzü görüb. Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatlarına layiq görülüb.

İntiqam Mehdizadə 2022-ci ildə vəfat edib.