İntiqam Hacılı

Prodüser Rejissor İcraçı prodüser Aktyor Ssenari müəllifi Operator Montajçı Redaktor

Doğum tarixi:

24 fevral 1978


İntiqam Cəfər oğlu Hacılı Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində təhsil alıb (1996-2000).

“Kino+” qəzetində müxbir və direktor (2004-2007), “Bizim yol” qəzetində müxbir (2008), “Mədəniyyət” qəzetində kino və teatr yazarı (2008-2010) işləyib. Biləsuvar rayon Əsgərabad Kənd Mədəniyyət Evininin direktoru (2021-2022), Lənkəran Dövlət Teatrının direktor müavini (2022-2023) və direktor səlahiyyətlərini icra edən (2023-2024) olaraq çalışıb.

“Start” Tələbələrin Beynəlxalq Film Festivalını ilk təşkilatçılarında biri olub. “Maneken sevgilim” adlı şeirlər kitabı çap olunub (2008). 2010-cu ildən rejissorluq fəaliyyətinə başlayıb. 2012-ci ildə ölkədə ilk dəfə olaraq aktyorluq, ssenaristlik və rejissorluq kursları şəklində “Sinema Məktəbi”ni təsis edib (əvvəlcə “Kino Atelyesi”, “Sinema Atelyesi” adlanıb). Teatr sahəsində rejissor və prodüser kimi fəaliyyət göstərib. Bir neçə pyesin müəllifi, rejissoru və prodüseridir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino günləri” layihəsinin icraçı prodüseridir (2022-2025).

“MemuarFilms” prodakşnın həmtəsisçisidir.