İdris Heydərli

Ssenari müəllifi Prodüser Aktyor Filmi səsləndirən Məsləhətçi

Doğum tarixi:

26 sentyabr 1967


İdris Sabut oğlu Heydərli (İdris Heydərov) Yardımlı rayonunun Yolocaq kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsində (1992), Mədəniyyət fəlsəfəsi üzrə aspiranturada (1995) təhsil alıb.

Azərbaycan Dövlət Rus Dram Teatrında inzibatçı (1989-1991), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Yuğ" studiyasında ədəbi hissə müdiri (1991-1992), Teatr Xadimləri ittifaqında baş mütəxəssis (1992-1994), Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində böyük redaktor (1994-1996), Pepsi və Hyatt Regency Baku otelində marketinq üzrə rəhbər, Space TV-də redaktor, aparıcı (2002-2006), AzTV-də redaktor (2006-2007), Rusiyada Moskva şəhərində fəaliyyət göstərən İnter Azərbaycan televizisiyasında icraçı direktor (2007-2010) vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Milli Araşdırmalar Mərkəzində icraçı direktordur. 2010-cu ildən qlobal TED konfransı təşkilatının "TEDxBakı" tədbirlərində rəhbər və təşkilatçı olub.

"Yaddaş ağrısı" kitabı işıq üzü görüb (2015). Müxtəlif sayt və jurnallarda köşə yazıları dərc olunub.