Hicran Hüseynov
Doğum tarixi:
06 may 1942
Vəfat tarixi:
01 mart 2013
Hicran Soltan oğlu Hüseynov Qəbələdə anadan olub.
Bakı Kitabxanaçılıq Texnikumunda (1959-1961), Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1964-1968) təhsil alıb.
1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilib, 1 il çalışıb. Azərbaycan televiziyasında elan edilən müsabiqənin iştirakçısı olub. Üçüncü müsabiqədən keçərək AzTV-yə diktor vəzifəsinə dəvət edilib. 1971-ci ildən AzTV-də əmək fəaliyyətinə başlayıb, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam edib. "Mədəniyyət" kanalında baş redaktor vəzifəsində çalışıb.
Əməkdar artist (2006) Hicran Hüseynov 2013-cü ildə vəfat edib, Mərdəkan qəbiristanlığında dəfn olunub.