Gülüstan Əliyeva

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

08 aprel 1967


Gülüstan Həsən qızı Əliyeva Yevlaxda anadan olub.

“Pionerlər evi”ndə musiqi dərnəyində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində (1982-1985), Azərbaycan Dövlət Konservatoriyasının Muğam sinfində (1985-1990) təhsil alıb. Cənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub (1981).

1992-ci ildə Beyləqan rayonu Günəşli qəsəbəsində şəhid həyat yoldaşının adını daşıyan məktəbdə musiqi müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya gəlib. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim işləyib. Muğam Teatrında solist işləyib (1995-1996). 1997-ci ildən Akademik Opera və Balet Teatrının solistidir. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Respublika İncəsənət Gimnaziyasında da dərs deyir.

Əməkdar artistdir (2005).