Gülsabah Quliyeva

Aktrisa

Doğum tarixi:

26 fevral 1947


Gülsabah Əjdər qızı Quliyeva Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.

Rusiya film istehsalçılarının “Yasmin” (2003, rejissorlar Kseniya Zaruçkaya, Vyaçeslav Kaminsi) serialında Kamalın anası rolunda çəkilib.

Bakı Bələdiyyə Teatrının aktrisasıdır.

Əməkdar artistdir (2002).