Qasım Nağı
Doğum tarixi:
27 fevral 1974
Qasım Nağı (Qasım Nağıyev Gəncəli oğlu) İsmayıllının Təzəkənd kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin Teatr kollektivi rejissorluğu şöbəsində təhsil alıb (1994-1998).
İsmayıllı rayon Mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında çalışıb (1991-1994). 1995-ci ildə Yuğ Dövlət Teatrında işıq rəssamı vəzifəsinə qəbul olub, həmin ildən teatrda hazırlanan müxtəlif tamaşalarda aktyor kimi fəaliyyətə başlayıb. Rejissor asistenti (1998-1999), 1999-cu ildən aktyor vəzifəsində çalışır. ATV-də dublyaj redaksiyasının rejissoru olub (2007-2010). 2015-ci ildən AMEA Folklor İnstitutunun Folklor Studiyasında rejissor vəzifəsində çalışır.
“Humay” mükafatına layiq görülüb (2015). Əməkdar artistdir.
Aktyor Qasım Nağı aktrisa Natəvan Qeybaninin həyat yoldaşıdır.