Qabil Quliyev

Aktyor

Doğum tarixi:

19 aprel 1949


Qabil Əzizulla oğlu Quliyev Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.

Bakı Neft Sənayesi Məktəbində (1966-1968), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1968-1972, Əliheydər Ələkbərov və Rza Təhmasibin sinfi) təhsil alıb.

Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində çalışıb. 1972-ci ildə hərbi xidmətə yollanıb və Moskvada “Mosfilm” kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edib, kütləvi səhnələrin çəkilişlərində iştirak edib, kaskadyorluq sənətinin sirlərinə yiyələnib. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında çalışır. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib.

Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatı ilə təltif edilib (2009). Əməkdar artist (1979), Xalq artistidir (2000).

Aktyor Qabil Quliyev aktyor Nurəddin Mehdixanlının qardaşıdır.