Firudin Qurbansoy

Ssenari müəllifi Aktyor

Doğum tarixi:

10 fevral 1954


Firudin Qurbansoy (Firudin Qurbanov Əliağa oğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977).

100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. AMEA-nın Nizami adina Ədəbiyyat İnstitutunda aparıcı elmi işçidir.

Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.