Fidan Qasımova
Doğum tarixi:
17 iyun 1947
Fidan Əkrəm qızı Qasımova Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında iki fakültə üzrə - simli alətlər və vokal (skripka-S.Qəniyevin sinfi, vokal-İ.Lvoviçin sinfi) üzrə təhsil alıb. Moskva Konservatoriyasının aspiranturasında təcrübə keçib (1974).
Xarici ölkələrdə keçirilən nüfuzlu vokal müsabiqələrinin qalibi olub. Tələbəlik illərində Cenevrədə (İsveçrə, 1973) beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb və Niderlandda II yerə çıxıb (1975, Hertogenbos). Ən böyük qələbəsi 1977-ci ildə İtaliyada Vietti adına Beynəlxalq vokalçılar müsabiqəsinin I mükafatına layiq görülməsi olub. 1974-cü ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1990-cı ildən ildən professor). 1992-ci ildən İstanbul Universitetinin Konservatoriyasının professorudur.
Xalq artisti (1982), SSRİ Xalq artisti (1988), Dövlət mükafatı laureatı (1984), “Şöhrət” (1997), “Şərəf” (2010) və “İstiqlal” (2017) ordenləri laureatıdır.
Fidan və Xuraman Qasımova bacılarının təşəbbüsü ilə 1997-ci ildən gənc opera müğənnilərin respublika müsabiqəsi keçirilir.
Opera müğənnisi, vokalçı Fidan Qasımova opera müğənnisi, vokalçı, aktrisa Xuraman Qasımovanın bacısıdır.