Faiq Zöhrabov
Doğum tarixi:
16 iyul 1939
Vəfat tarixi:
05 iyun 2009
Faiq Ramazan oğlu Zöhrabov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1963-1968).
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyətə başlayıb (1957-1960). İnstitutu bitirdikdən sonra Aktyor sənəti kafedrasında müəllim kimi fəaliyyətini davam etdirib (1968-1985). Bakı Pioner və Məktəblilər Parkının (1965-1972), Aktyor Evinin (1972-1975), Səyyahçılar və ekskursiya bürosunun (1975-1977) direktoru olub. Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrında baş rejissor vəzifəsində çalışıb (1985-1988). 1988-ci ildən Tədris Teatrının direktoru və Azərbaycan Dövlət İncəsənət Universitetinin Musiqili teatr kafedrasının dosenti, daha sonra isə kafedra müdiri olub. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib.
Faiq Zöhrabov 2009-cu ildə vəfat edib.
Teatr rejissoru, aktyor Faiq Zöhrabov müğənni, aktrisa Nərgiz Kərimovanın atasıdır.