Elçin Məmmədov

Rəssam Aktyor Geyim rəssamı

Doğum tarixi:

29 may 1946

Vəfat tarixi:

18 fevral 2001


Elçin Mehdi oğlu Məmmədov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin Yüngül sənaye rəssamlığı ixtisasında təhsil alıb (1967-1973).

Müxtəlif illərdə Rəssamlar İttifaqının Bədii İstehsalat Kombinatında, “Vışka” qəzeti redaksiyasında rəssam, Dövlət Musiqili Komediya, Opera və Balet Teatrlarında baş rəssam işləyib. 1989-cu ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında baş rəssam vəzifəsində çalışıb. İlk dəfə Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi “Mənim qardaşım klarnetdə çalır” tamaşasının rəssamı olub. Sonralar isə daha çox atası Mehdi Məmmədovla birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Mehdi Məmmədovun quruluş verdiyi “İblis” tamaşasına görə Dövlət Mükafatı laureatı olub (1984).

Əməkdar incəsənət xadimi (1991) Elçin Məmmədov 2001-ci ildə vəfat edib.

Aktyor, rəssam Elçin Məmmədov aktrisa Barat Şəkinskayanın və rejissor, aktyor Mehdi Məmmədovun oğludur.