Elçin Həmidov

Aktyor

Doğum tarixi:

29 iyun 1958

Vəfat tarixi:

04 mart 2011


Elçin Qəzənfər oğlu Həmidov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1977-1981).

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Bariton və soprano səsə malik idi. Parodiyaları, “KVN Planet Parni iz Baku”dakı rol və personajları ilə məşhurlaşmışdı.

Əməkdar artist (2009) Elçin Həmidov 2011-ci ildə vəfat edib, Xırdalan qəbiristanlığında dəfn olunub.