Dinarə Gərəkməzli

Redaktor Ssenari müəllifi

Doğum tarixi:

14 aprel 1948


Dinarə İsa qızı Gərəkməzli Gürcüstanın Marneuli rayonunun Sərvan kəndində anadan olub. 1963-cü ildə ailəliklə Bakıya köçüblər.

Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb (1969-1974).

Aparatçı, tabelçi və “Azərkitab”ın kitab bazasında fəhlə (1966-1969), “Molodyoj Azerbaydjana” qəzeti redaksiyasında müxbir (1974-1977) “Azərkinovideo” İstehsalat Birliyində və eyni zamanda “Azərbaycanfilm” kinostudiyasında (1977-2001) çalışıb.

İşlədiyi dövr ərzində onlarla sənədli, bədii filmin redaktoru olub. Bədii yaradıcılığa 1967-ci ildən başlayıb. Şeirləri, tərcümə və oçerkləri dövri mətbuatda, almanaxlarda çap edilib. “Salam” (1978), “Quşlar oyananda” (1987), “Əncirin dadı” (2005) adlı kitabların müəllifidir.

Əməkdar mədəniyyət işçisidir (2009).