Çingiz Rəsulzadə
Rejissor
Ssenari müəllifi
Rəssam
Doğum tarixi:
20 fevral 1972
Vəfat tarixi:
22 iyun 2021
Çingiz Fərid oğlu Rəsulzadə Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.
Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifidir.
Çingiz Rəsulzadə 2021-ci ildə vəfat edib.