Bəhram Mansurov

Musiqi ifaçısı Aktyor Musiqi ifasından istifadə olunub

Doğum tarixi:

12 fevral 1911

Vəfat tarixi:

14 may 1985


Bəhram Məşədi Süleyman oğlu Mansurov Bakıda anadan olub.

Uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik bəy mahir çalğıçı idi, axşamlar evində musiqi məclisləri təşkil olunurdu. 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edib. İfasında muğamlar UNESCO xətti ilə vallara və CD-lərə yazılan ilk azərbaycanlı musiqiçidir (1978-1983). Sadıqcandan sonra klassik muğamları qoruyub saxlayan və təbliğ edən tarzən idi. Bir müddət Asəf Zeynallı adına musiqi məktəbində pedaqoji fəaliyyət göstərib.

Əməkdar artist (1956), Xalq artisti (1978) Bəhram Mansurov 1985-ci ildə vəfat edib.

Tarzən Bəhram Mansurov operator Aydın Mansurovun, bəstəkar Eldar Mansurovun atasıdır.