Azər Cabbarov

Prodüser Ssenari müəllifi Redaktor Rejissor

Doğum tarixi:

17 fevral 1970


Azər Cabbarov (Azər Cabbarlı) Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1989), Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində (1990-1996) təhsil alıb.

Space TV-də icraçı direktor (2000-2006), AzTV-də “Səhər” proqramının baş redaktoru, “Müəllif proqramları” departamentinin rəisi, Mədəniyyət TV-də proqram direktoru (2007-2017), ASAN Radio-da Proqram və marketinq direktoru (2016-2017), Caspium Group-da icraçı direktor (2017-2020), Xəzər TV-də baş direktorun televiziya məsələləri üzrə müşaviri (2020-2022) olaraq çalışıb.

Bakı Slavyan Universitetində dərs deyib (2007-2014).

Hazırda Baku.TV-də çalışır.