Atamoğlan Rzayev

Aktyor

Doğum tarixi:

09 yanvar 1912

Vəfat tarixi:

02 dekabr 1966


Atamoğlan Balababa oğlu Rzayev Bakının Əmircan qəsəbəsində anadan olub.

Fabrik və Zavod Məktəbində (FZU), Bakı Teatr Texnikumunda (1932) təhsil alıb.

Bakı Türk İşçi Teatrında əmək fəaliyyətinə başlayıb. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə Milli Dram Teatrına qayıdıb.

Rusiya istehsalı olan “19-cu il” (1937, rejissor İlya Trauberq) filmində Bağırov rolunda çəkilib.

Əməkdar artist (1949) Atamoğlan Rzayev 1966-cı ildə Bakıda vəfat edib.