Arif Qazıyev
Doğum tarixi:
17 may 1938
Vəfat tarixi:
24 fevral 2022
Arif Lətif oğlu Qazıyev İrəvanda anadan olub, Gəncədə yaşayıb.
Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb.
1956-cı ildən Azərbaycan televiziyasında əvvəlcə diktor, sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasında, bir müddət musiqi şöbəsində çalışıb. Televiziya çəkilmiş musiqi mövzusunda bir çox filmin rejissoru olub. 1988-ci ildə Muğam Teatrını təsis edərək bədii rəhbəri və baş rejissoru olub. “Şöhrət” ordeni ilə təltif olunub (2008).
Əməkdar incəsənət xadimi Arif Qazıyev 2022-ci ildə vəfat edib, Nardaran qəbiristanlığına dəfn olunub.
Rejissor Arif Qazıyev aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyevanın həyat yoldaşıdır.