Anar Bürcəliyev
Doğum tarixi:
11 sentyabr 1974
Anar Məhəmməd oğlu Bürcəliyev (Anar Ərtoğrul Bürcəliyev) Gəncədə anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsində təhsil alıb (1991-1996).
Əmək fəaliyyətinə 1990-cı ildə Gəncə Dövlət Dram Teatrında rejissor köməkçisi olaraq başlayıb. Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri (1993-1994), Azərbaycan Teleradio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri (1994-1996), Kəpəz TV Müstəqil Teleradio Şirkətinin təsisçilərindən biri olaraq "Xəbərlər" departamentinin rəhbəri (1995), Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin aparıcı inspektoru (1996-1997), Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru (1997-1999), Kəpəz TV-də aparıcı (2010-2012) kimi fəaliyyət göstərib. 2016-ci ildən Gəncə Dövlət Dram Teatrında calışır.
Hazırda Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri kimi fəaliyyət göstərir.
Teatrşünas-tənqidçi kimi mətbuatda 400-dən artıq məqalə, ressenziya, oçerk və müsahibələrin müəllifidir.
Teatrşünas, tənqidçi Anar Bürcəliyev aktyor Məmməd Bürcəliyevin və aktrisa Sədayə Mustafayevanın oğludur.