Aleksandr Şarovski
Doğum tarixi:
10 fevral 1948
Aleksanr Yakovleviç Şarovski Bakıda anadan olub.
Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb (1973).
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor (1967-1976), Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor (1976-1991), rejissor assistenti (1978-1990), quruluşçu rejissor (1991-1993), baş rejissor (1993-2026) kimi çalışıb. Odessa Rus Dram Teatrında, Rostov Dram Teatrında və Bəşir Səfəroğlu adına Moskva Miniatür Teatrında tamaşalara quruluş verib.
Xarici film istehsalçılarının “Salandar” (1994, rejissor Rafi Pitts / Fransa, Rusiya) qısametrajlı bədii filmində, “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Asyanın atası rolunda çəkilib.
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəridir.
Əməkdar artist (1988), Xalq artisti (1998), “Qızıl dərviş” və “Humay” mükafatları, “Şöhrət” (2008) və “Şərəf” ordenləri (2018) laureatıdır.