Aleksandr Makovski

Rejissor Ssenari müəllifi Aktyor Bədii rəhbər Rejissor assistenti Rejissor köməkçisi

Doğum tarixi:

01 yanvar 1902

Vəfat tarixi:

31 dekabr 1980


Aleksandr Alekseyeviç Makovski Rusiyanın Vladivostok şəhərində anadan olub.

1919-cu ildə könüllü olaraq Qırmızı Ordunun hərbi dəniz donanmasına qoşulub, Volqa və Xəzərdəki hərbi əməliyyatlarda iştirak edib. Dənizçilik haqqında kitablar yazıb. Oçerk və hekayələri ilə mərkəzi mətbuatda müntəzəm olaraq çıxış edib. 1924-cü ildən kinoya keçib. Bakı studiyasında (1927-1933) və Aşqabat kinostudiyasında (1934-1940) müxtəlif bədii və sənədli filmlər çəkib. Ssenariləri əsasında Kiyev kinostudiyasında bədii, “Soyuzmultfilm” studiyasında animasiya filmləri çəkilib.

Aleksandr Makovsi 1980-ci ildə vəfat edib.