Aleksandr Litvinov

Rejissor Ssenari müəllifi Aktyor

Doğum tarixi:

15 iyul 1898

Vəfat tarixi:

06 may 1977


Aleksandr Arkadyeviç Litvinov Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb (1919-1920).

Kino sahəsində çalışmağa 1918-ci ildən ssenarist, rejissor köməkçisi, assistent, epizodik rollarda aktyor kimi başlayıb. AFKİ-nin rəhbəri (1920-1922), “Sevzapkino” kinofabrikində rejissor assistenti və kinoatelyenin rəhbəri (1921-1923), “Azdövlətkino” kinofabrikində rejissor və kinoatelyenin rəhbəri (1923-1926), "Sovkino" Moskva kinofabrikinin rejissoru (1927-1937), "Sibtexfilm" Sibir Elmi Tədris-Texniki Filmlər Kinostudiyasının rejissoru (1938-1948), Sverdlovsk sənədli filmlər kinostudiyasının rejissoru (1948-1957) işləyib. Sovet Kinematoqrafçılar İttifaqının Sverdlovsk şöbəsinin birinci katibi olub (1958-1967).

Rusiyanın Əməkdar incəsənət xadimi (1959) Aleksandr Litvinov 1977-ci ildə Sverdlovskda vəfat edib.